“Autizm haqqında bilməli olduqlarımız” mövzusunda onlayn görüş
8 apreldə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı fililının əməkdaş və tələbələri “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçilən “Autizm haqqında bilməli olduqlarımız” mövzusunda onlayn görüşdə iştirak ediblər.
Autizm maarifləndirmə ayı çərçivəsində keçirilən görüşdə “Birgə və Sağlam” İB-nin təhsil işləri üzrə koordinatoru, psixoloq Şəbnəm Əfəndiyeva autizmin yaranma səbəbləri, cəmiyyətdə autizm spektr pozuntusu haqqında doğru bilinən yalnışlar və s. haqqında məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.