Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı və Cəlilabad filiallarının Keyfiyyətin təminatı şöbələrinin birgə təşkilatçılığı ilə Yaşıl Dünya Naminə Həmrəylik və COP29-a həsr olunmuş “Yaşıl dünya naminə həmrəy olaq” mövzusunda seminar keçirilib.. Seminarda hər iki filialın struktur rəhbərləri, akademik və tələbə heyəti iştirak edib.

Onlayn şəkildə keçirilən tədbiri Şamaxı filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Cəbrayılova Süsən və Cəlilabad filialının Keyfiyyətin təminatı şöbəsinin  müdiri Dürdanə Əliyeva salamlama və giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti və əhəmiyyətindən bəhs etdi. Qeyd olundu ki,  Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də təsadüfi deyildir. Bu, ölkəmizdə ESC (Avropa Həmrəylik Korpusu) prinsiplərinin – ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçidin diqqətdə saxlanıldığını bir daha sübut etməklə bərabər, COP29 kimi mötəbər tədbirə məsuliyyətlə hazırlaşmağımızı göz önündə sərgiləyir. Şübhəsiz ki, Azərbaycanın dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbəsi, uzaqgörən siyasətinin nəticəsidir. Bu, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzvlükdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Bu, həmçinin son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə də tutarlı cavabdır.

Ardınca çıxışlar dinlənildi.  Cəlilabad filialının Təbiət sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdir əvəzedicisi c.ü.f.d.Muradlı Eldar- “İqlim dəyişmələrinin Azərbaycanda yaratdığı fərqliliklər”, Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının  baş  müəllimi f.ü.f.d.Mikayılov Şasəddin- “Dünyanı təhdid edən ekoloji fəlakət və onun həlli yolu”, Şamaxı filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının  IV kurs tələbəsi Elmir Kərimov-“Yaşıl iş yerləri və sosial ədalət”, Tarix və coğrafiya müəllimliyi ixtisasının III kurs tələbəsi Qafarova Fidan –“Kənd təsərrüfatında yaşıl texnologiyalar”, Cəlilabad filialının Tarix və coğrafiya müəllimliyi  ixtisasının  V kurs tələbələri Kazımova Nərmin – “Karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin istifadəsi”, Heydərov Zahid – “Xəzərin çirklənməsi” mövzularında çıxış etdilər.

Belə tədbirlərin keçirilməsi tələbələrin ekoloji məsələlərə qarşı marağını artırır və onları gələcəkdə təbiəti qorumağa, ekoloji cəhətdən davamlı həyat tərzini təşviq etməyə yönləndirir. Eləcə də iki filial arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

 

 

 

 

Paylaşın: