ADPU-nun Şamaxı filialında Yekun Dövlət Attestasiyası (YDA) üzrə qiymətləndirmə keçirildi.

27-28 iyun tarixlərində filialın Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə 28, Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə 25 buraxılış ili tələbəsi YDA-da iştirak edib.

İmtahandan əvvəl filialın direktoru dosent Tünzalə Yusifova tələbələrə uğurlar arzu edib, onların müvəffəqiyyət qazanmaları üçün bakalavr təhsili müddətində aldıqları bilik və bacarıqlara əsaslanmalarını vurğulayıb.
Filialda  Yekun Dövlət Attestasiya komissiyasına sədr rəhbərlik edir. Sədr bütün
attestasiya işini təşkil edir və ixtisaslar üzrə buraxılış yekun dövlət attestasiya komissiyalarının fəaliyyətini nəzarətdə saxlayır.
Paylaşın: