ADPU-nun Şamaxı filialının tanıtımı və eyni zamanda tələbə kontingentinin keyfiyyət və kəmiyyət baxımından təkmilləşdirilməsi məqsədilə bölgələrdə orta məktəb şagirdləri ilə keçirilən görüşlərdən növbətisi Ağsu rayonunda keçirildi.
Görüşdə ADPU-nun Şamaxı filialının Tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədov, Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Babək Abdullayev, İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin işçisi Şəmşir Heseynov , TGT-nin sədri Ələskər Nurulu, Ağsu rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak edirdi.
Görüşdə filialın zəngin maddi- texniki tədris bazası, yüksək tədris prosesi və elmi potensialından, o cümlədən, maraqlı tələbə həyatından bəhs olundu. Ardınca filialın fəaliyyətini əks etdirən videoçarx və təqdimatlar nümayiş olundu, həmçinin müəllimlər tərəfindən şagirdləri maraqlandıran məsələlər ətraflı şəkildə cavablandırıldı.