ADPU-nun Şamaxı Filialının tələbələri təlimdə iştirak ediblər.
ADPU-nun Şamaxı Filialının tələbələri Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş “Region Könüllülərinin Dizayn Sammiti” layihəsi çərçivəsində təlimdə iştirak etdilər. Layihə dizayn proqramları (Photoshop, illustrator, Premier və s) ilə bağlı praktiki bilik və bacarıqlar aşılamaq məqsədi daşımışdır. Yanvar ayında yekunlaşan təlimləri müvəffəqiyyətlə başa vuran ADPU-nun Şamaxı Filialının tələbələri layihə rəhbəri Pünhan Səlimli tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırıldılar. Eyni zamanda ADPU-nun Şamaxı Filialı layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olundu.