ADPU-nun Şamaxı filialının tələbələri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.

ADPU-nun Şamaxı filialının Sosial və xüsusi elmlər kafedrasının müəllimi  Babək Abdullayev tələbələrlə  birlikdə “Qobustan Milli Tarixi-Bədii Qoruğu”na ekskursiyada olublar.

Ekskursiyanın əsas məqsədi tələbələri muzeyin eksponatları ilə yaxından tanış etmək omuşdur.Ekskursiya zamanı onlar Qobustan qoruğunda mühafizə edilən qədim insan və heyvan təsvirləri ov, döyüş və rəqs səhnələri ilə tanış olmuşlar.

Bundan əlavə orada fəaliyyət göstərən muzeylə də tanış olublar. Muzey 12 ekspozisiya zalından ibarətdir. Sensor ekranlı monitorlar və 3D elementlərlə zəngin muzeydə onlar dünyanın müxtəlif guşələrində olan qayaüstü incəsənət nümunələri, Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, burada aparılmış arxeoloji qazıntılar, daş dövrü insanlarının həyat tərzi və incəsənəti, Qobustan petroqliflərinin xronologiyası və mənası və s. haqqında məlumat alıblar.

Muzeylə əyani tanışlıq nəticəsində tələbələr bir daha əmin olublar ki, Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biri olmuşdur və Qobustanda öz tarixlərinin mədəni izlərini qoyub getmişlər.

Paylaşın: