ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının indeksli jurnalda “Historical and cultural heritage of Azerbaijan destroyed as a result of Armenian aggression” (Erməni təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın tarixi və mədəni irsi) adlı məqaləsi “Vakanüvis – Uluslararası Tarih Araştırmaları Dergisi”ndə ingilis dilində çap olunub.  (https://dergipark.org.tr/tr/download/article-file/3812260https://dergipark.org.tr/tr/pub/vakanuvis/issue/84866

Məqalədə Ermənistan Respublikasının və onu dəstəkləyən qüvvələrin hərtərəfli dəstəyi ilə təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın tarixi, maddi-mənəvi abidələri araşdırlır. Eyni zamanda Qarabağın tarixi, Qarabağ xanlığı, Qarabağın icitmai-siyasi, sosail-iqtisadi, mədəni-mənəvi vəziyyəti, Ermənistanın Azərbaycanın tarixi, mədəni-mənəvi abidələrinə qarşı terroru, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı Beynəlxalq və regionların təşkilatların mövqeyi, erməni təcavüzü nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı Azərbaycan Respublikasının atdığı addımlar və s. məsələlər tədqiq və təhlil edilir.

 

Paylaşın: