ADPU-nun Şamaxı filialının rəhbərliyi, bir qrup müəllim və tələbə heyəti 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbirdə iştirak etdi.
31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı Şamaxı rayonunda anım tədbiri keçirilib. Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının kollektivlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə soyqırım abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Rayon mədəniyyət mərkəzində təşkil olunan tədbirdə, tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət rəsm sərgisilə tanış olublar.
Tədbirin rəsmi hissəsində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı 1918-ci ilin mart ayında törədilmiş soyqırım aktının bəşəriyyətə, insanlığa qarşı törədilən vandalizmin təzahürü kimi qiymətləndirərək bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilməsini, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirildiyini bildirmişdir.
Digər çıxış edənlər YAP Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımov, QMİ-nın Şirvan bölgəsi üzrə qazisi Hacı Mərəhmət Mustafayev, rayon ağsaqqallar şurasının sədri, ADPU-nun Sosial və pedaqoji elmlər kafedrasının müdiri Mayıl Alcanov və başqaları ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı nəticəsində Şamaxı ilə yanaşı respublikamızın digər şəhər və rayonlarında 30 mindən çox soydaşımız qətlə yetirilməsindən, bu qətliamın azərbaycanlılara qarşı məqsədəyönlü şəkildə həyata keçirilməsindən geniş səhbət açıblar.
Daha sonra Şamaxı şəhər 9 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı soyqırıma həsr olunmuş bədii kompazisiya tədbir iştirakçılarına tədqim edilmiş, 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı film nümayiş olunmuşdur.