ADPU-nun Şamaxı filialının Pedaqoji fakültəsinin Elmi şurasının 13.02.2023-cü il tarixində iclası keçirilib.
İclasda Pedaqoji fakültəsinin rəhbərliyi, sura üzvləri və qonaq qismində filialın direktoru T.V.Yusifova iştirak edib.
Pedaqoji fakültənın dekanı, fakültə Elmi şurasının sədri baş müəllim Qahirə Şahbazova iclası Ölkə Prezidenti İlham Əliyevin sözləri ilə başlamışdır.
“Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə qlobal yeniləşmə prosesinin və dinamik təkamülün vüsət alması məmləkətimizin daha sürətlə sivil dünyaya inteqrasiya olunmasına gətirib çıxarıb. Bütün sahələrdə qeydə alınan inkişaf təhsil sahəsinin müasir tələblər səviyyəsinə çatdırılmasını da labüd edir. Təhsilin inkişafı nəticəsində formalaşmış insan potensialı, başqa sözlə, insan kapitalı ölkənin iqtisadi və sosial rifahının artırılmasında çox əhəmiyyətli yer tutmasını bildirərək sonra iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırmışdır.
İclasın gündəliyinə Fakültədə 2022-2023-cü tədris ilinin II semestrinə hazırlığın vəziyyəti haqqında (Tədris və elmi işlər üzrə direktor müavini Ş.Mikayılov), 2022-2023-cü tədris ilinin payız imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında (Pedaqoji fakültə dekanı Q.Şahbazova), Kafedralarda fənn sillabusları və elektron mühazirələrin tərtibi vəziyyəti haqqında (Kafedra müdürləri), IV və V kurs tələbələrinin pedaqoji təcrübədə iştirakı haqqında (Tədris şöbəsinin müdiri F.Məmmədov) və cari məsələlər daxil edilib.
Pedaqoji Şuranın iclasında gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edilib, müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub, direktor müzakirə olunan məsələlərə münasibət bildirib. Cari tədris ilində filialın qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Təhsilin və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görüləcək işlərə toxunulub. Fakültə Elmi Şurası cari məsələlərin müzakirəsi ilə başa çatıb Yekunda iclasın gündəliyinə əsasən qərarlar qəbul edilib.