Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Pedaqoji fakultəsinin Elmi Şurasının növbəti iclası keçirildi.
İclasda şura üzvləri və fakültənin professor-müəllim heyəti iştirak edib.
İclası giriş sözü ilə açan Pedaqoji fakültənın dekanı, fakültə Elmi şurasının sədri baş müəllim Qahirə Şahbazova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb və gündəliyin bölmələrinin qısa məzmununu diqqətə çatdırdı.
Sonra iclasın gündəliyinə müvafiq olaraq Tədris şöbəsinin müdiri, baş müəllim Fəxrəddin Məmmədov filialda 2022-2023-cü tədris ilinin payız imtahan sessiyasına hazırlığının gedişi vəziyyəti, qarşıda duran vəzifələrlə bağlı məlumat verdi.
Fakültə Elmi şurasının sədri Qahirə Şahbazova fakültədə görülən işlərlə bağlı, yeniliklər, professor-müəllim heyətinin akademik performansının qiymətləndirilməsi, dərsin tədris planına uyğun tamamlandırılması, ixtisaslar üzrə tələbələrin dərsə davamiyyətinin vəziyyəti haqqında və digər məsələlərlə bağlı geniş məlumat verib.
Kafedralarda 2022-2023-cü tədris ili üçün tədris–metodiki və elmi tədqiqat işlərinin yerinə yetirilməsinin və açıq dərslərin son müzakirəsi mövzusunda Sosial və pedaqoji elmlər kafedrasının müdiri dosent Mayıl Alıcanov, Dil-ədəbiyyat vı onların tədrisi texnologiyası kafedrasının müdiri f.ü.f.d. Eyvaz Eminalıyev və Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri p.ü.f.d. Firidə Mustafayeva çıxış etdilər.
Fakültə üzrə təhsil haqlarının ödənilməsinin vəziyyəti haqqında baş mühasib Eldəniz Əzizov çıxış edərək dövlətin təhsilə ayırdığı diqqətin nəticəsidir ki, əhalinin həssas təbəqəsinin nümayəndəsi olan tələbələr həm güzəştlərdən, həm Tələbə-təhsil kreditindən istifadə edirlər. Bu da təhsil haqlarının ödənilməsi prosesini problemsiz həll etməyə kömək edir.
Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova semestr ərzində tələbələrlə tədris və psixoloji mühitlə bağlı aparılan görüşlərin, iclasların icra vəziyyəti barədə məlumat verdi. Qeyd olundu ki, ixtisas üzrə tyutorlar mütəmadi olaraq tələbələrlə görüşlər keçirmiş, lazımı dəstək mexanizmi birlikdə həyata keçirilmişdir.
Daha sonra noyabr və dekabr aylarında tələbələrlə aparılan məmnunluq sorğularının nəticələri də müzakirə olundu. Vurğulandı ki, yaxın günlərdə sorğunun nəticələrindən irəli gələrək qərar qəbul ediləcəkdir.
İclasın yekununda iclasın gündəliyinə əsasən qərarlar qəbul edildi.