Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşları tərəfindən Şamaxı rayonu E. Hüseynov adına 2 saylı şəhər tam orta məktəbində “Regionlada əmək bazarının öyrənilməsi və kadr potensialının gücləndirilməsi” mövzusunda tədbir keçirildi.
Tədbirdə filialın İnsan resursları və kargüzarlıq şöbəsinin əməkdaşları Sevda Pur Rza və İbrahim Sadıqlı iştirak edirdi.
Tədbirdə tələbələrə ixtisas bilikləri ilə yanaşı yumşaq bacarıqların öyrədilməsi, karyera inkişafı istiqamətlərində tövsiyələr verilməsi və karyera planlama dərslərinin tədris olunması, ali təhsilli gənclərin öz ixtisasları üzrə iş tapmalarını asanlaşdırmaq üçün təcrübə proqramlarının təşviq edilməsi, 2023-2027-ci illər aradsında ən sürətlə inkişaf edən ixtisaslar barədə ictimai dinləmə və müzakirə keçirildi.