Şamaxıda “Sazlı-sözlü kələğayı”  günləri keçirildi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə

Şamaxı rayon Ə.Xaqani adına Mədəniyyət Mərkəzində “Sazlı-sözlü kələğayı günləri” adlı tədbir keçirildi.

Tədbirdə ADPU-nun Şamaxı filialının əməkdaşları və tələbə heyəti iştirak edirdi.

Tədbirdən öncə müxtəlif dövrlərin naxışlarından ibarət Kələğayilərdən ibarət şərgiyə baxış keçirildi. Daha sonra çıxışlar dinlənildi.

Ardınca tədbir ədəbi-bəddi hissə ilə davam etdirildi.Respublikanın Əməkdar Mədəniyyət İşçisi, Şirvan Aşıqlar Burliyinin sədri, Aşıq Ağamurad Şirvanlının rəhbərliyi ilə “İncə Tellər” aşıqlar ansamblı, Elməddin Qocayevin rəhbərliyi altında “Nur” instrumental ansamblı, müğənnilər – Əfsanə Qurbanova, Faiq Mirzəyev və Elvin Abdullayev öz çıxışları ilə tamaşaçılara xoş ovqat bəxş etdilər.

Sonda xatirə şəkili çəkildi.

 

Paylaşın: