Dekabrın 21-də Heydər Əliyevin 100 illiyi çərçivəsində Şamaxı Yaradıcılıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırovun fotolarından və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin təqdim etdiyi foto-xalçalardan ibarət “Heydər Əliyev və mədəniyyət” adlı sərgi təşkil olunub.
 Sərgidə ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova və kollektivi iştirak edirdi.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov, Əməkdar jurnalist, “Azad Azərbaycan” Teleradio Şirkətinin bədii şurasının sədri Etibar Babayev və Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş, sərginin müəllifi Rafiq Bağırov Heydər Əliyevin həyat və fəaliyyəti, onun mədəniyyətimizin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən söhbət açıblar.
Daha sonra sərgidə nümayiş olunan və əsasən Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və incəsənətimizə göstərdiyi diqqət və qayğını özündə ehtiva edən foto və foto-xalçalara baxış keçirilib.
Paylaşın: