ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbələri ilə görüşərək onlarla maarifləndirici mövzuda söhbətlər aparıb. Söhbət əsnasında  tələbələrə dərs zamanı və dəsrdənkənar vaxtlarda davranış və nizam-intizam qaydalarından, eyni amanda qarşıdan gələn yaz semestrinin imtahan sessiyasının keçirilmə qaydaları ilə bağlı məlumat verildi. Görüşdə həmçinin korrupsiya və rüşvətxorluq, ona qarşı aparılan mübarizə, təhsil sistemində obyektivlik və şəffaflığın təmin olunmasının vacibliyi barədə danışılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Paylaşın: