ADPU-nun Şamaxı filialının direktoru, Tünzalə Yusifova ADPU-nun Şəki filialının 30 illik yubiley tədbirində iştirak etdi.

Martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 30 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Şəki şəhər Heydər Əliyev mərkəzində təşkil olunan tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ADPU-nun rektoru Cəfər Cəfərov,  Milli Məclisin deputatı Əli Əsimli, ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova, elm adamları, filialın əməkdaşları iştirak edirdilər.

Əvvəlcə Ümumilli lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini hörmətlə yad ediblər. Daha sonra Mərkəzin foyesində ADPU-nun Şəki filialının 30 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Filialın 30 illik fəaliyyətindən bəhs edən film nümayiş olundu.

Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov filialın əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik etdi və ADPU-nun rektoru Cəfər Cəfərova və Şəki filialının direktoru Rafiq Rəsulova xatirə hədiyyəsi təqdim etdi. Filialın bir qrup əməkdaşı şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə fəxri fərmanla təltif olundu.

Filialın tələbələrinin təbrik və çıxışlarından sonra yubiley tədbiri bədii proqramla başa çatıb.

ADPU-nun Şamaxı filialı olaraq 30 illik yubiley münasibətilə Şəki filialını ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Paylaşın: