ADPU-nun Şamaxı filialının əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib.

31 Mart azərbaycanlıların soyqırımının 104-cü ildönümü ərəfəsində ADPU-nun Şamaxı filialının rəhbərliyi, bir qrup professor-müəllim və tələbə heyəti Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etdilər. Ziyarət zamanı onlara erməni vandalları tərəfindən 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş amansız soyqırımla bağlı ətraflı məlumat verildi. Muzeylə tanışlıqdan sonra on minlərlə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xatirə Abidəsi”ni ziyarət edərək, onun önünə gül dəstələri qoydular.

Paylaşın: