ADPU-nun Şamaxı filialının əməkdaşları İnklüziv təhsil üzrə təlimdə (TOT) iştirak ediblər. 28-31 mart tarixlərində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində inklüziv təhsil üzrə təlim keçirilib. Təlimdə filialımızın Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Şəlalə Seyidova, müəllimi Abdullayeva Səməngül, Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Səkinəxanım Xasiyeva istirak edib.
Təlimçilər, İnkluziv təhsil üzrə Beynəlxalq ekspertlər Dr. Peter Grimes( Beyond Education Development Organization,) Dr. Marieke Stevens (Beyond Education Development Organization) olub.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.