ADPU-nun Şamaxı Filialının əməkdaşları beynəlxalq təlimdə iştirak etdilər.

Fevralın 1-2 – də İKSAD İnternational İktisadi Kalkınma və Sosyal Araşdırmalar İnstitutunun dosenti Hasan Çiftçinin təlimçiliyi ilə onlayn formada “Akademik Məqalə Yazı Qaydaları və Beynəlxalq Elmi Hakimlik” mövzusunda beynəlxalq təlim keçirildi. Təlimdə iştirak edən Sosial və pedaqoji elmlər kafedrasının müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı Şəlalə Seyidova, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi, Bakı Mühəndislik Universitetinin doktorantı  Qahirə Şahbazova, Dil-ədəbiyyat və onların tədrisi texnologiyasının müəllimləri – Bakı Dövlət Universitetinin disertantı Sənubər Şükürova və Səkinəxanım Xasıyeva beynəlxalq sertifikatla təltif olundular.

Paylaşın: