Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə 12-13 oktyabr  tarixlərində  ADPU-da “Açıq tədqiqat mexanizmləri haqqında tədqiqatçılar üçün təlimlər” layihəsi çərçivəsində təlim keçirilib.

Təlimdə ADPU-nun Şamaxı filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini, Gənc Alimlər Şurasının sədri Şəlalə Seyidova və Sosial və xüsusi fənnlər kafedrasının müəllimi, Gənc Alimlər Şurasının üzvü Süsən Cəbrayılova iştirak  ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətininin  sədri dosent İlqar Orucov cəmiyyətin fəaliyyəti və təşkil edilən təlimlərin məqsədi və aktuallığı haqqında məlumat verib və bu təlimlərin doktorant və gənc tədqiqatçılar üçün əhəmiyyətindən bəhs edib, .
Daha sonra layihə üzrə ekspertlər Aysel Rəhimli “Açıq tədqiqat resursları, data bazalar”, Sevinc Ədilova isə “Açıq tədqiqat resurslarının işlək mexanizmləri” mövzusunda geniş təqdimatla çıxış ediblər.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və  gənc alim və tədqiqatçılara sertifikatlar təqdim olunub.

 

Paylaşın: