30-31 oktyabr 2024-cü il tarixlərində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın mədəni-tarixi abidələrinin tanıdılması, qorunması və tariximizdə bu abidələrin əhəmiyyətinin öyrənilməsi məqsədilə Şəki şəhərinə regionun fəal gənclərinin ekskursiyası təşkil edilib.
Ekskursiyada ADPU-nun Şamaxı filialının əməkdaşı Kamil Mirzəyev iştirak edirdi.
Ekskursiya zamanı gənclər Şəki şəhər Heydər Əliyev Mərkəzində 🇦🇿Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi haqqında daha geniş məlumat əldə etmişlər.
Daha sonra gənclər Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Yuxarı Karvansaray, Şəki Xan Sarayında olmuş və tarixin izlərini özündə əks etdirən bu memarlıq inciləri haqqında ətraflı məlumat əldə etmişlər.