Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Şamaxı rayonu ərazisində ekoloji tarazlığı qoruyan əsas amillər” adlı seminar keçirildi.

Seminarda filialın direktoru, dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak edirdi.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki,  bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir.İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir.

Ardınca Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Dadaşov Çingiz Şamaxı rayonu ərazisində ekoloji tarazlığı qoruyan əsas amillərdən geniş məruzə ilə çıxış etdi.

Sonda seminar diskussiya formasında davam etdi.

 

 

Paylaşın: