ADPU-nun Şamaxı filialında Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşiyevanın təqdimatında “Azərbaycan dilinin saflığını qoruyaq mövzusunda maarifləndirici seminar” keçirildi.

Seminarda  ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açılıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Ulu Öndər Heydər Əliyev doğru qeyd etmişdir, “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı  nəinki öz ana dilində təmiz danışmalı, həm də onu möhkəm bilməli və qorumalıdır” yekun vuraraq, öz ana dilimizin saflığını qorumaq və onu dərindən öyrənmək hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcu olduğunu qeyd etdi.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

 

Paylaşın: