Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Tələbə Elmi Cəmiyyətinin və Sosial və xüsusi fənlər kafedrasının birgə təşkilatçılığı ilə17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş “Zəfərə aparan Dirçəliş” adlı tədbir keçirildi.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və torpaqlarımızın müstəqilliyi uğrunda canından keçmiş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad olundu.

Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi, fəlsəfə doktoru Şasəddin Mikayılov Milli Dirçəliş Günü haqqında ətraflı məruzə ilə çıxış etdi.

Qeyd edilib ki, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mintiqi başladı. Qeyd etdi ki, dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinq dağıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. Bildirilib ki, 1992-ci il noyabrın 17-i tarixindən Milli Dirçəliş günü dövlət səviyyəsində qeyd olunur.

Ardınca TEC-in fəalları Ağazadə Fatimə “Milli Dirşəliş gününün tarixi mənşəyi və əhəmiyyəti”, Əliyeva Nailə “Milli Dirçəliş hərəkatı”, Qafarova Fidan “Milli Dirçəliş Gününün bugünkü təsirləri” mövzusunda çıxışları dinlənildi. Son olaraq Quliyev Nicat və Məmmədli Nemanın tədqimatında “Vaqif” dramından səhnəcik canlandırıldı və Həsənova Nərgizin ifasında “Azərbaycan” mahnısı səsləndirildi.

Paylaşın: