ADPU-nun Şamaxı filialında Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Yaşıl Dünya Naminə Həmrəylik ili və COP29-a həsr olunmuş “Yaşıl dünya- sağlam gələcək” adlı seminar keçirildi.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Yeganə Əskərovanın təqdimatında keçirilən seminarda Yaşıl həyatın əhəmiyyəti və iqlim dəyişikliyi, COP tədbirlərinin iqlim dəyişikliyinə qarşı mübarizədə rolu, Azərbaycan və dünyanın yaşıl həyat məqsədlərinə ümumi baxış mövzularından ətraflı bəhs olundu. Həmçinin Ermənistanın Qarabağda törətdiyi ekoloji soyqırım və onun aradan qaldırılması yollarından bəhs olundu.
Sonda seminar diskussiya formasında davam etdirildi.