ADPU-nun Şamaxı filialı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə COP 29 və Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş  “Yaşıl dünya naminə həmrəylik və sıfır tullantı” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq qeyd etdi ki, 2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili elan olunması və COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi kimi qiymətləndirilə bilər. Heç şübhəsiz, COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyinin öhdəsindən gəlmək üzrə qlobal səylərə töhfə vermək baxımından qətiyyətli mövqeyini nümayiş etdirir.
Bu baxımdan, filialımızda bu mövzuda tədbirlər keçirilir. Gələcəyin müəllimi olan tələbələr fəal və məsuliyyətli olmağa, təbiətin düşməni olan ağackəsənlərə, ərtaf mühiti çirkləndirənlərə qarşı mübarizə aparmağa səslənilir.

Ardınca çıxış edənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Maarifləndirmə sektorunun müdiri Babək Məmmədov və idarənin Monitoring üzrə aparıcı məsləhətçisi Atabəy Əliyev mövzu ətrafında təqdimat ilə ətraflı çıxış etdilər. Çıxışlarda tədbir iştirakçıları ətraf mühitin mühafizəsi, “Sıfır tullantı” təşəbbüsü, iqlim dəyişmələrinə qarşı görülən tədbirlər və s. haqqında ətraflı məlumatlandırılıb və sonda müzakirə olunan mövzular ətrafında suallar cavablandırılıb.

Paylaşın: