Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi p.ü.f.d Firidə Mustafayeva “COP 29 “ ilə bağlı İbtidai sinif müəllimliyi ixtisası tələbələri üçün “Yaşıl dünya naminə həmrəyik!” adlı açıq dərs keçirmişdir.

Dərsdə Azərbaycan Respublikasının iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfələrdən söhbət edildi.Daha sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar məlumat verildi. Həmçinin tələbələr də müzakirələrə qoşularaq ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün görülən tədbirlərdən danışdılar.

Paylaşın: