Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi yanğına qarşı maarifləndirmə tədbiri keçirib. Filialın müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə qonaq qismində FHN-in idarənin baş inspektoru, daxili xidmət kapitanı Elvin ibrahimli iştirak edirdi.
İlk olaraq tədbirin qonağını və iştirakçıları salamlayan filialın direktoru dosent Tünzalə Yusifova mövsümlə əlaqədar olaraq tədbirin aktual mövzuya həsr olunduğunu qeyd etdi.
Elvin İbrahimli geniş məruzə ilə çıxış edərək iştirakçılara yanğın təhlükəsizliyinə dair qaydalar, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları haqqında, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və ”112” qaynar xətti barədə məlumat verilib.
Tədbirdə, həmçinin, ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasının, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırıldı.
Qeyd olundu ki, ailələrindən uzaqda, kirayə evlərdə məskunlaşan tələbələrin bu mövzuda daha məsuliyyətli olması vacib məsələdir.
Sonda suallar cavablandırıldı, müvafiq müzakirələr aparıldı.

Paylaşın: