ADPU-nun Şamaxı Filialında Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
Fevralın 24-də ADPU-nun Şamaxı Filialının Sosial və pedaqoji elmlər kafedrasının təşkilatçılığı ilə Xocalı Soyqırmının 29-cü ildönümünə həsr olunmuş onlayn elmi-praktik konfrans keçirildi. Filialın rəhbərliyinin, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd etdi. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində vurğuladığı kimi, “bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Natiq çıxışında onu da qeyd etdi ki, bu bəşəri cinayətin 29-cu ildönümünü fərqli hisslərlə, baş ucalığı ilə anırıq. Biz Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti ilə günü-gündən iri addımlarla inkişaf edən bir dövlətin vətəndaşları olaraq düşmənə birliyimizin gücünü nümayiş etdirdik.
Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov çıxışında Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından danışdı.
Kafedranın əməkdaşları Babək Abdullayev, Yaqut Qasımova vaxtı ilə işğal olunmuş Azərbaycan torpaqlarının ekoloji tarazlığının və landşaftının da erməni vandalizmi tərəfindən hücuma məruz qalmasından, Səməngül Abdullayeva isə Xocalı soyqırımı faktlarının dünya mətbuatında işıqlandırılmasından bəhs etdilər.
Tələbələr adından çıxış edən Cəbiyeva Türkay “Xocalı faciəsi gənclərin gözü ilə” mövzusunda çıxış etdi.
III tədris ili tələbəsi Nuriyeva Günay “Xocalı”, II tədris ili tələbəsi Cəbrayılova Narınc “Azərbaycan” şeirləri ilə anım günündə öz fikilərini ifadə etdilər.