Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Xilaskar ömrü” adlı tədbir keçirildi.
Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, – deyən Ulu Öndərin həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strategiyasının bəhrəsidir. Ardınca Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimi çıxış edərək qeyd etdi ki, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.
Daha sonra tələbələrimizin çıxışları dinlənildi. Filialın TGT sədri, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbəsi Nuranə Mirzəyevanın – “Azərbaycana fəda edilmiş ömür”, Səbinə Qurbanlının- “Ulu Öndər və dil siyasəti” mövzusunda çıxışları dinlənildi.
Sonda Ulu Öndər Heydər Əliyevə həsr edilmiş “Xilaskar ömrü” sənədli film nümayiş olundu.