Şamaxı regional “ASAN xidmət” mərkəzivə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının təşəbbüsü və təşkilatçılığı ilə “Uşaq hüquqlarına və Uşaq Hüquqları Konvensiyasına (UHK) giriş: milli və beynəlxalq yanaşma, çərçivələr” mövzusunda seminar keçirilib. Seminar zamanı UHK-nin əsas prinsipləri, uşaqların hüquqları və qorunması haqqında əhəmiyyətli məlumatlar paylaşıldı. Tələbələr uşaqların hüquqlarını və bu sahədə aparılan işi daha yaxından tanımaq imkanı əldə etdilər.