ADPU-nun Şamaxı filialında “Uğura gedən yol könüllülükden keçir ” adlı təlim keçirildi.
Filialın akt zalında keçirilən tədbir Vətən uğrunda şəhid olan, əsl könüllülük nümayiş etdirən qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan filialın Tərbiyə işləri üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova könüllülüyün tələbələrin şəxsi inkişafında, həmçinin gələcək fəaliyyətlərində oynadığı roldan danışdı. Bu baxımdan keçirilən təlim yüksək qiymətləndirildi. Daha sonra TGT Vətənpərvərlik klubunun sədri Məhərrəm Məhərrəmli tərəfindən “Könüllülük nədir?” adlı təlim keçirildi.
Tədbirdə iştirak edən Tələbə Gənclər Təşkilatının 2017-2021-ci illərdə sədri olmuş Hilal Mürsəlov, TGT Vətənpərvərlik klubunun sədri Məhərrəm Məhərrəmli, “Bir könüllü” tələbə təşkilatının Şamaxı rayonu üzrə koordinatoru Asəf Niyazov, “Regional İnkişaf” İctimai Birliyinin Dağlıq Şirvan üzrə koordinatoru Ruslan Məmmədov, Şamaxı ASAN Xidmət Mərkəzinin könüllüsü olmuş Elmin Qasımlı könullülük fəaliyyətləri zamanı qazandıqları uğurlardan danışdılar.
Tələbələrimizin fəaliyyətlərini əks etdirən videoçarx nümayiş olunduqdan sonra
Tədbirə rəng qatmaq üçün “Tabu” adlı kiçik bir oyun da keçirildi. Əyləncə dolu oyunda 6 könüllü iştirak etdi. Oyunun qalibi hədiyyə ilə dəyərləndirildi.
Ümumilikdə tədbir tələbələrin böyük marağına səbəb oldu.