Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının səmərəli təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin eləcə də təhsil alan tələbələr üçün açıq olmasının təmin edilməsi məqsədilə bir neçə tələbə  imtahanların gedişinə mane olmadan nəzarət edib. Onlar imtahanlardan sonra vərəqlərin kodlaşdırılması və yoxlanması prosesi ilə də yaxından tanış olaraq prosesin şəffaflığını izlədilər.

Tələbələr yekunda imtahanlar haqqında təəssüratlarını, qiymətləndirmə prosesi və s. haqqında öz münasibətlərini, fikir və mülahizələrini filalın “Rəy və təkliflər” kitabına qeyd etdilər. Qeyd olundu ki, tələbələrin biliyinin qiymətləndirilməsi prosesində onların iştirakının təmin edilməsi filial rəhbərliyi tərəfindən onlara göstərilən etimadın nəticəsidir.

Paylaşın: