ADPU-nun Şamaxı filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) struktur heyəti ilə görüş keçirildi.

Filialın direktoru, dosent Tünzalə Yusifova  qeyd edib ki,  Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir.  Bu, tələbələrin elmi-tədqiqat və elmi-praktiki işlərinin təşkili və üçün yaradılmış və öz fəaliyyətini professor-müəllim heyətinin iştirakı ilə həyata keçirən tələbə birliyidir və  istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır.

Ardınca TEC-in sədri Süsən Cəbrayılova qarşıdan duran məsələlərdən və tələbələrin elmi-tədqiqat işlərindən ətraflı bəhs etdi.

Paylaşın: