ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova filialın tədris prosesi və ictimai həyatında fəallığı ilə fərqlənən  tələbələri ilə görüşüb. O, yüksək nəticə göstərərək uğur qazanan tələbələrimizi təbrik edərək uğurlar arzuladı.

Qeyd edək ki, bu tələbələr təkcə tədris prosesində deyil, eyni zamanda filialın ictimai-siyasi həyatında da fəal iştirak edərək uğur qazanmışlar. İstər filialda  istərsə də filialdan kənarda keçirilən tədbirlərdə xüsusi fəallıq nümayiş etdirmişlər.  Onların arasında adlı təqaüd alanlar da var.

Bu münasibətlə Tünzalə Yusifova tələbələrə hər zaman fəal və məsuliyyətli olamağı tövsiyə etdi və  uğurlarının davamlı olmasını arzuladı.

 

Paylaşın: