Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası və Kitabxana və elektron resurslar Şöbəsinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzulinin  anadan olmasının 530 illiyinə həsr olunmuş “Şəbi-hicran yanar canım…” adlı dəyirmi masa keçirildi.

Ilk olaraq “Şəbi-hicran” kantatası səsləndirildi.

Filialın direktoru dosent Tünzalə Yusifova çıxış edərək qeyd edib  ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən təşkil olunub. Həmin sərəncamda da vurğulandığı kimi Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır. Həmçinin, şairin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yerindən ətraflı bəhs etdi.

Ardınca Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d Eyvaz Eminalıyev “Məhəmməd Füzuli- qəlb şairi”, Kitabxana və elektron resurslar Şöbəsinin müdiri, baş müəllim Razimi Vəsilə “Məhəmməd Füzulinin yaradıcılığının gənc nəslin təlim tərbiyəsində rolu” mövzularında çıxışları dinlənildi. Çıxışlarda Şərq poeziyasının ən böyük ustadlarından biri olan Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər qoyub, onun yaradıcılığı Yaxın və Orta Şərq ölkələrində ədəbi sənətin inkişafına mühüm təsir göstərib. Şairin insana məhəbbəti, gözəlliyi və yüksək idealları tərənnüm edən çoxşaxəli fəlsəfi-bədii irsi dünya mədəni irsinin tərkib hissəsinə çevrilib. Füzulinin doğma dilində yazdığı əsərlər Azərbaycan poeziyasını yeni zirvələrə qaldırıb, ona dərinlik və ifadə zənginliyi bəxş edib. Dahi şair bütöv bir ədəbi məktəb yaradıb, çoxlu istedadlı davamçılar yetişdirib. Qədim dövrlərdən bu günə qədər onun adı mükəmməllik rəmzi olaraq qalır, eyni zamanda, şair və yazıçı nəsillərini yaradıcılığa ruhlandırır.

Çıxışların ardından tələbələrin ifasında şairin qəzəllərindən nümunələr bədii qiraət olunub.

 

 

Paylaşın: