22 dekanrda ADPU-nun Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimləri Qahirə Şahbazova və Əlişah Eyyubovun təşkilatçılığı ilə “STEAM və onun elmi-pedaqoji əsasları” adlı təlim baş tutdu. Təlimdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etdi. Pedaqoji fakultə dekanı Qahirə Şahbazova iştirakçılara “TƏHSİLDƏ YENİ METOD-STEAM” adlı mövzu ilə çıxış edərək STEAM anlayışı, dünyanın STEAM mənzərəsi və fəlsəfəsi, mobil əsaslı öyrənmə (MBL), probleml əsaslı öyrənmə (PrBL), sorğu əsaslı təlim (IBL), STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi haqqında geniş məlumat verdi. XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Müasir insana həyatın yeni sosial-iqtisadi şəraitində özünü rahat hiss etmək üçün nə lazımdır olduğunu öyrədir. Son dövrün təhsil trendi olan STEAM metodikasının Azərbaycan təhsil sisteminə inteqrasiya edilməsi zərurəti var. Aydındır ki, bu məqsədlə STEAM metodikasını mənimsəmiş müəllimlər yetişdirmək günümüzün tələbidir.
Sonra Əlişah Eyyubov “Qiymətləndirmə-STEAM” adlı mövzusu ilə çıxış edərək STEAM tədrisi zamanı qiymətləndirmənin aparılması, onun növləri və üsulları, müasir formalar və qiymətləndirmə standartlarından danışdı. Qiymətləndirmə – təlim proq-ramlarının təkmilləşdirilməsi, təhsilalanların bilik və bacarıq-ları haqqında məlumatların sənədləşdirilərək sonrakı inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün istifadə edilən vacib prosesdir olduğunu vurğuladı.
Tədbirin sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.