ADPU-nun Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrasının müdiri b.ü.f.d Təranə Əkbərinin təqdimatında “Sağlam qidalanma- sağlam gələcəyin təməli” mövzusunda maarifləndirici seminar keçirildi.  Qeyd olundu ki, düzgün qidalanma sağlamlığın əsas şərtlərindən biridir. Bu şərtə əməl edilməyəndə orqanizmdə maddələr mübadiləsi pozulur və xəstəliklərin əksəriyyəti bu səbəbdən yaranır. Bu baxımdan deyə bilərik ki, düzgün qidalanma sağlam gələcəyin təməlidir.

Sonda seminar müzakirə formasında davam etdi və tələbələri maraqlandıran suallar cavablandırıldı.

Paylaşın: