Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Departamentinin təşkilatçılığı ilə “ON1000” proqramı çərçivəsində keçirilən tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə filialın Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov çıxış etdi. O, çıxışında Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışdı. Bildirdi ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb.
Sonra filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini baş müəllim Şəlalə Seyidova çıxışında bildirdi ki, Vətən torpağının azadlığı uğrunda canından keçən minlərlə igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında əsrlər boyu qəhrəmanlıq dastanı kimi qalacaq, nəsildən-nəslə keçəcək.
Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razımi qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazandı. Biz bu qalibiyyəti şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu gün minlərlə şəhidimizin ruhu şaddır, qanlarını axıtdıqları torpaqlar düşmən tapdağından azad olunub. İndi həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Tədbir zamanı Məktəbəqədər Təhsil ixtisasının lll tədris ili tələbəsi, departamentin sədri Gülnar Cəbiyeva Gəncə terroruna həsr olunmuş “Qanadı sınmış mələklər” mövzusunda, Şəhid Əsgər Röyal Qaçayev və Şəhid Gizir Vadim Qocayev, Tarix və coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbəsi Sənan Məmmədov Şəhid Əsgər Allahverdi Allahverdiyev, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının l tədris ili tələbəsi Çinarə Rəhimova Şəhid Mayor Namiq Əhmədov və Şəhid Əsgər Müşviq Orucov, Riyaziyyat və informatika müəllimliyi ixtisasının l tədris ili tələbəsi Cahandar Bağırov Şəhid Gizir Azad Kərimov və Şəhid Əsgər Elçin Mustafazadənin həyat yolu haqqında çıxış etdilər.
Tədbirin sonunda Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Zərifə Cavadova isə sonda Tələbə Gənclər Təşkilatına və tələbələrimizə belə bir mövzuda tədbir irəli sürdükləri üçün öz təşəkkürlərini bildirdi.Vurğulandı ki, şəhidlərin xatirəsi hər zaman uca tutulmalı, şəhidlərimiz gənc nəsillərə tanıdılmalı, örnək alınmalıdır.

Paylaşın: