İyunun 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında pedaqoji internaturanın yekun hesabatlarının qiymətləndirilməsi prosesinə start verilib.

Qiymətləndirmələrdə tələbələr internatura müddətində ümumtəhsil məktəblərində göstərdikləri fəaliyyətlər haqqında hesabatlarını təqdim edib, sualları cavablandırıblar.

Qeyd edək ki, iyunun 25-dək davam edəcək prosesdə, ümumilikdə, 3 ixtisas üzrə 86 nəfər tələbə iştirak edəcək.

 

Paylaşın: