ADPU-nun Şamaxı filialında Pedaqoji fakültənin Elmi Şuranın iclası keçirildi.
27 noyabr 2024-cü ildə Pedaqoji fakültənin Elmi Şura iclası olmşdur. Pedaqoji Fakültə Elmi Şurasının iclasında şura üzvləri və fakültənin professor-müəllim heyətindən qonaq qismində iştirak etmişdir. İclası giriş sözü ilə açan fakültə Elmi şurasının sədri baş müəllim Qahirə Şahbazova iclasın gündəliyində olan məsələlərlə bağlı qısa məlumat verdi.
Gündəliyində olan məsələlərlə bağlı 2024-ci il üzrə professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işlərinin yekunlarının müzakirəsi barədə kafedra müdrləri qısa məlumat verərək bildirdi ki, elmi tədqiqat işləri üzərində müəllimlər işləyir.
Sonra iclasın gündəliyinə müvafiq olaraq Tədris şöbəsinin müdiri, baş müəllim Babaşova Ruqiyyə filialda 2024-2025-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığının gedişi vəziyyəti, qarşıda duran vəzifələrlə bağlı məlumat verdi.
Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova semestr ərzində tələbələrlə tədris və psixoloji mühitlə bağlı aparılan görüşlərin, iclasların icra vəziyyəti barədə məlumat verdi. Qeyd olundu ki, ixtisas üzrə tyutorlar mütəmadi olaraq tələbələrlə görüşlər keçirmiş, lazımı dəstək mexanizmi birlikdə həyata keçirilmişdir.
Daha sonra fakültə dekanı Qahirə Şahbazova oktyabr ayında tələbələr arasında keçirilən tədrisin keyfiyyəti ilə bağlı məmnunluq sorğusu haqqında məlumat verdi. Ümumilikdə sorğunun nəticəsi müzakirə olundu. Qərara alındı ki, müzakirə olunmuş sorğunun nəticəsi Kafedralarda iclas keçirilərək müəllimlərin nəzərinə çatdırılsın.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli KQ-12 saylı qərarına əsasən “Fakültə Metodiki Qrupu” nun yaradılması müzakirə olundu və qərara alındı ki, Fakültə Metodiki Qrupu yaradılsın.
İclasın yekununda iclasın gündəliyinə əsasən qərarlar qəbul edildi.