ADPU-nun Şamaxı filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 18 oktyabr Milli Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Əbədi azadlığa ilk səfər” adlı tədbir keçirildi.
İlk olaraq Azərbaycan torpaqları uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublilasının Dövlət Himni səsləndirildi. Ardınca Dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş videoçarxın nümayişi
Filialının direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan da çətindir. Müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Bu gün layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirilib və keçirilməkdə davam edir.
Daha sonra filialən TGT sədri Nuranə Mirzəyeva Heydər Əliyevin siyasətinin gənclərə örnək olmasından və bugünkü gəncliyin yetişməsində ulu öndər ideyalarının rolundan ətraflı bəhs etdi.
Sonra Təhsildə sosial-psixoloji xidmət ixtisasının II tədris ili tələbəsi Aydan Məmmədzadənin – Müstəqillik dövrünə qədər ölkədəki ictimai- siyasi durum, dövlətin iqtisadi və sosial vəziyyəti, Tarix müəllimliyi ixtisasının I tədris ili tələbəsi Əliyeva Nailənin – Müstəqilliyimizə gedən yolda Ulu öndər Heydər Əliyevin rolu mövzusunda ətraflı çıxışları dinlənildi.
Son olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ili tələbəsi Yusifova İltifanın ifasında– “Azadlıq” şeiri (Müəllif: Xəlilrza Ulutürk) səsləndirildi.