Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında İnformasiya və Kommunikasiya texnologiyaları şöbəsinin müdiri Mətanət Rəhimovanın təqdimatında “Microsoft Excel proqramının tədris sənədləşməsində istifadə imkanları” mövzusunda təlim keçirildi. Təlimdə professor-müəllim heyətinə təlim kursunun təşkilində məqsəd təlim sənədlərinin hazırlanmasına dəstək göstərmək, onların informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarını artırmaqdır.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.