Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 5 Oktyabr- Müəllimlər Gününə həsr olunmuş “Mən də bir müəlliməm” adlı tədbir keçirildi. Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Hinmi səsləndirildi və torpaqlarımızın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə filialımızın şəhid məzunları və Şamaxı rayonundan olan şəhid müəllimləri yad olundu, onlara həsr olunmuş videoçarxlar nümayiş olundu.Ardınca tələbələrimizin mövzu ilə bağlı çıxışları və onların ifasında şeirlər və mahnılar dinlənildi.
Filialın direktoru dosent Tünzalə Yusifova tədbir iştirakçılarını salamladı, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində böyük rolu olan bu şərəfli peşə sahiblərini və gələcəyin müəllimi olan tələbələri bu əlamətdar gün münasibətilə təbrik etdi . O ulu öndər Heydər Əliyevin bu şərəfli peşə sahiblərinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Bunu ulu öndərin “Mən yer üzündə müəllim adından yüksək, şərəfli bir ad tanımıram” sözündə də aydın şəkildə görə bilərik.Eyni zamanda qeyd etdi ki, cənab prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək yeni nəslin inkişafı, təhsilimizin dünyaya inteqrasiyası naminə ardıcıl işlər görmüşdür.
Sonda filialın tələbələrinin ifasında xorla “Əziz müəllimim” mahnısı ifa olundu.