ADPU-nun Şamaxı filialında təhsil tədqiqatçısı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru Böyükağa Mikayıllı və Bakı Dövlət Universitetinin doktorantı İlahə İsgəndərovanın təqdimatında “Məktəblərdə təqdiqata əsaslanan öyrənmə mühiti və gender yönümlü yanaşma” mövzusunda seminar keçirildi.

Görüşdə filialın direktoru, dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak edirdi.

Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək gələn qonaqları və tədbir iştrakçılarını salamladı. Mövzunun əhəmiyyətindən bəhs edərək seminarın işinə uğurlar arzuladı. Eyni zamanda TEC-in konfransında elmi-tədqiqat işlərinə görə I, II və III yerə layiq görülən tələbələrə sertifikatları təqdim olundu

Ardınca Böyükağa Mikayıllı və İlahə İsgəndərovanın təqdimatında “Məktəblərdə təqdiqata əsaslanan öyrənmə mühiti və gender yönümlü yanaşma” mövzusunda təqdimatla ətraflı çıxışları dinlənildi. Sonda tədbir diskussiya formasında davam etdi və tələbələr mövzu ətrafında fikirlərini bildirdilər. Aktiv iştirak edən tələbələrə Böyükağa Mikayıllının kitabı hədiyyə olundu.

Paylaşın: