ADPU-nun Şamaxı filialında “Riyaziyyat və kompüter elmləri” kafedrasının təşkilatçılığı ilə Yaşıl dünya naminə həmrəylik ili və Cop 29-a həsr olunmuş “Kosmik evimizi -Yer kürəsini qlobal istiləşmənin təsirlərindən necə qoruyaq” mövzusunda seminar keçirildi.
Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq qeyd edib ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. O, Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində filialda görülmüş işlər haqqında, filialda keçirilən tədbirlər haqqında məlumat verdi və belə silsilə tədbirlərin davam edəcəyini bildirdi.
Ardınca “Riyaziyyat və kompüter elmləri” kafedrasının dosenti Hüseynov Nazim mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. O, dövlətin ekologiya siyasəti, qlobal istiləşmənin təzahürlərindən, yaranma səbəblərindən və aradan qaldırılması üçün görülən tədbirlərdən haqqında ətraflı məlumat verdi.
Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Balakişiyev Kamal çıxış edərək mövzunun əhəmiyyətini seminar iştirakçılarının diqqərinə çatdıraraq Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində və həmçinin regionlarda ətraf mühitin qorunması barədə həyata keçirilən tədbirlərdən söz açdı.
Daha sonra Fizika müəllimliyi ixtisasının II tədris ili tələbələrdən Vəzirova Könül Mehbalı qızı – Qlobal istiləşmənin yaranmasının səbəbləri, Şıxverdiyeva Şəfiqə Zahid qızı – Qlobal istiləşmənin təzahürləri, Şirəliyeva Aysun Taleh qızı – Qlobal istiləşmənin qarşısının alınması üçün tədbirlər mövzusunda çıxışlar etdilər.
Sonda mövzu ətrafında müzakirələr oldu.