ADPU-nun Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Konstitusiya Azərbaycan Dövlətinin əsas qanunudur” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə kafedranın baş müəllimi Məmmədov Fəxrəddin “Azərbaycan Respublikasının Konstitusiya quruculuğu tarixindən” məruzəsində Konstutusiyada öz əksini tapan aşağıda qeyd olunan müddəalar haqqında ətraflı çıxış etdi:
-Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
– xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
– ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Tədbirin davamında İbtidai sinif müəllimliyi 3cü tədris ili tələbəsi Korcayeva Nigar- Azərbaycan Respublikasının Konstitusiya quruculuğu tarixin, Tarix və coğrafiya müəllimliyi 3cü tədris ili tələbəsi Abdulhəşimova Turanə- Azərbaycan Respublikasında xalq hakimiyyəti, Riyaziyyat və informatika müəllimliyi 2ci tədris ili tələbəsi Əsgərova Səkinə- Azərbaycan Respublikasında dövlət hakimiyyətinin, hakimiyyətlərin bölgüsü prinsipi əsasında təşkili, İbtidai sinif müəllimliyi 3cü tədris ili tələbəsi Əliyeva Ülviyyə -Azərbaycan dövlətinin əsasları, Tarix və coğrafiya müəllimliyi 3cü tədris ili tələbəsi Əvəz Fərmanov- Azərbaycan Respublikasının Konstitusiyasında uşaq hüquqlarının müdafiəsi, İbtidai sinif müəllimliyi 3cü tədris ili tələbəsi Məmmədli Ayturan- Azərbaycan Respublikasının dövlət rəmzləri və dövlət rəmzlərinə hörmət, Tarix və coğrafiya müəllimliyi ixtisasının 3cü tədris ili tələbəsi Hulya Dəmirova -Azərbaycan Respublikasının Konstitusiyasında insan – vətəndaş hüquq və azadlıqları, mövzularında çıxışlar etdilər.
Sonda Fizika müəllimliyi ixtisasının 3cü tədris ili tələbəsi Elnur Dəmirovun ifasında “Azərbaycan dünyam mənim” şeiri səsləndirildi.