ADPU-nun Şamaxı filialında İnformasiya və kommunikasiya
texnologiyaları şöbəsinin təşkilatçılığı ilə “Kiber hücumlar və müdafiə
taktikaları” mövzusunda seminar keçirildi.
Filialın İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin
əməkdaşı Sadiq Hüseynovun təqdimatında keçirilən seminarda tələbələrə əsas
kiber hücum növləri və onlardan qorunma yolları haqqında geniş nümunələrlə
məlumat verildi. Həmçinin mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş
olundu və onun ətrafında müzakirələr aparıldı.

Paylaşın: