ADPU-nun Şamaxı filialında köhnə məzunlarla görüş keçirildi. Görüşdə filialın direktoru dosent Tünzalə Yusifova filialın keçmiş məzunları olan tələbələri səmimiyyətlə salamladı. O, qeyd etdi ki, vaxtilə burada təhsil alan tələbələrin əksəriyyəti bu gün ölkənin müxtəlif yerlərində müəyyən mövqeyə malik ixtisaslı, peşəkar kadrlardır. Onların əksəriyyəti ölkənin müxtəlif təhsil müəssisələrində müqəddəs müəllimlik peşəsini peşəkarcasına və uğurla icra edir. Filialın adını hər zaman uca tutduğuna görə onlara təşəkkürünü bildirib.

Ətraflı fikir mübadiləsi aparılan görüşdə təhsil sahəsindəki yeniliklər müzakirə olundu, məzunlarla universitet arasındakı əlaqələrin genişləndirilməsi, konkret platformanın yaradılması məsələləri müzakirə olunub. Məzunlar doğma universitetlə bağlı təklif və istəklərini bildiriblər və doğma təhsil ocağı ilə əməkdaşlığın onlar üçün də önəmli olduğunu qeyd ediblər.

Görüşdə iştirakdan məmnun oldqularını qeyd edən məzunlar filialda son dövrlər gedən inkişafı yüksək qiymətləndiriblər

Paylaşın: