ADPU-nun Şamaxı filialında İnsan alveri və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib. Tədbirdə filialın diirektoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
Tədbiri giriş sözü ilə Tünzalə Yusifova açaraq bəşəriyyətin bəlası olan narkomaniyanın və insan alverinin cəmiyyətimizə vurduğu ziyanlardan və bu cür maarifləndirici mövzuda tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs etdi.
Ardınca Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbərinin – “Narkomaniyanın fizioloji fəsadları, Pedaqogika və psixologiya kafedrasının müəllimi Əfəndiyeva Teybənin – “Narkomaniyanın psixoloji fəsadları, Tələbə Gənclər Təşkilatının sədri Nuranə Mirzəyevanın – “Biz sağlam həyat tərzini seçirik !” mövzusunda çıxışları dinlənildi.