Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Dil-ədəbiyyat və onların tədris texnologiyası kafedrasının müəllimi Rəna Hüseynovanın təqdimatında “İngilis dilinin effektiv öyrənilməsi” mövzusunda təlim keçirildi. Filialın professor-müəllim heyətinin iştirak etdiyi təlimdə təlimçi Tiffany Tilmanın “ Speaking Activities; Using Authentic Materials Effectively” beynəlxalq təlimində öyrəndiyi məlumatlardan geniş istifadə olundu.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılandı və sonda sual-cavab formasında davam etdirildi.